Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb

Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 May , 2022 19:31
Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən Cəlilabad şəhər Yeni massiv yaşayış məntəqəsinin sakini, 1990-cı il təvəllüdlü Əliyev Samiri vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı koma vəziyyətindədir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi