Cəlilabad. 16 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Biləsuvar rayonunun Amankənd kənd sakini, 1982-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov magistralın qarşı tərəfinə keçmək istəyərkən naməlum avtomobil tətəfindən vurulub. Hadisəni törədən sürücü qaçıb. Yaralı ətrafdakıların köməyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.