Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Cəlilabad. 18 mart. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzasında ölən şəxsin adı məlum olub.
Hadisə
18 Mart , 2018 21:51
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Foto: "Report"

Cəlilabad. 18 mart. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzasında ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Göytəpə şəhəri ərazisndə baş verən yol-nəqliyyat hadisəsi zamanı rayon sakini, Elşən Haşım oğlu Abıyev ölüb. Hadisə törədən sürücü qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***21:42

Cəlilabad. 18 mart. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini naməlum avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi