Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2 Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var.
Hadisə
8 Oktyabr , 2024 22:33
Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 140-cı km-də, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Əzizov Ziyadxan Adıbala oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Mişarçaya düşüb. Nəticədə sürücü və sərnişini, 1973-cü il təvəllüdlü Teymurova Tofiqə Kamil qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

22:04

TƏBİB Cəlilabadda baş verən yol qəzası ilə bağlı açıqlama verib.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir.

20:42

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi