Cəlilabadda avtomobilin vurduğu atlı xəstəxanada ölüb - YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu atlı xəstəxanada ölüb - YENİLƏNİB Cəlilabad rayonunda avtomobilə vurulan atlı xəstəxanada vəfat edib.
Hadisə
24 İyun , 2020 12:00
Cəlilabadda avtomobilin vurduğu atlı xəstəxanada ölüb - YENİLƏNİB

Cəlilabad rayonunda avtomobilə vurulan atlı xəstəxanada vəfat edib.

“Report”un Muğan bürosunun məlumatına görə, "KamAZ" markalı yük avtomobili tərəfindən vurularaq ağır xəsarətlər alan atlı, 1960-cı il təvəllüdlü Saleh Əzizov həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


***00:44

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin “Seyrangah” adlanan ərazisində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı minik avtomobili yolun kənarı ilə hərəkət edən atlını vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hazırda zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi