Cəlilabadda avtomobil aşıb           

Cəlilabadda avtomobil aşıb            Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Hadisə
7 Aprel , 2021 22:34
Cəlilabadda avtomobil aşıb           
0 : 00
0 : 00

Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi