Cəlilabadda avtomobil ağaca çırpılıb, yaralananlar var

Cəlilabadda avtomobil ağaca çırpılıb, yaralananlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Avqust , 2017 16:00
Cəlilabadda avtomobil ağaca çırpılıb, yaralananlar var
Report

Cəlilabad. 8 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Masallı rayon sakini, 39 yaşlı Azər Tapdıq oğlu Əsədov və Saatlı rayon sakini, 29 yaşlı Mərifət Mətləb oğlu Sərvətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi