Cəlilabadda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cəlilabadda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var Cəlilabad. 1 iyul. REPORT.AZ/ Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 İyul , 2018 22:46
Cəlilabadda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Foto: "Report"

Cəlilabad. 1 iyul. REPORT.AZ/ Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər: - sürücü Göytəpə sakini, 1975-ci il təvəllüdlü Əliyev Musa Əlisa oğlu və 1 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi