Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Hadisə
  • 07 sentyabr, 2022
  • 05:35
Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 5-i saat 14 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobil hərəkətdə olarkən Musalı kənd sakini, 2017-ci il təvəllüdlü Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə uşaq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həmin gün orada ölüb.

Fakta görə Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti