Cəlilabad. 9 oktyabr. REPORT.AZ/ Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin "TIR" yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Cavid Elman oğlu Qasımov və onun qızı, 5 yaşlı Lalə Cavid qızı Qasımova ağır xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir.