Cəlilabadda arxeoloji qazıntı işləri aparılır

Cəlilabadda arxeoloji qazıntı işləri aparılır Cəlilabad rayonunda arxeoloji qazıntı işlərinə başlanılıb.
Hadisə
17 Avqust , 2022 11:25
Cəlilabadda arxeoloji qazıntı işləri aparılır

Cəlilabad rayonunda arxeoloji qazıntı işlərinə başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qazıntı işləri Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində aparılır.

Kənd ərazisində yerləşən “Paşatəpə” adlı abidədə qazıntı işləri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə aparılır.

Qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi gözlənilir.

Qeyd edək ki, “Paşatəpə” abidəsində ilk dəfə olaraq qazıntı işləri aparılır.

Son xəbərlər

Orphus sistemi