Cəlilabadda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO

Cəlilabadda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO Cəlilabad rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Hadisə
29 Sentyabr , 2019 12:00

Cəlilabad rayonunda ağır yol qəzasında ölənyaralanan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yaralılar- Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Dadaşov Şikar Əli oğlu, sərnişinlər, 1961-ci il təvəllüdlü Dadaşova Xatirə Əyyub qızı, 1984-cü il təvəllüdlü Dadaşova Xəyalə Şikar qızı və 2006-cı il təvəllüdlü Əlibəyli Elmin Emin oğludur. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Masallı rayon sakini, Əlibəyli Emin İntiqam oğlu isə dünyasını dəyişib. Sürücünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Masallı rayonundan Cəlilabad rayonunda Dələli kəndindəki ziyarətgaha gedən qohumların olduğu "Mercedes" markalı minik avtomobili sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***10:37

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi