Cəlilabadda ağır qəza olub: sürücü ölüb - FOTO

Cəlilabadda ağır qəza olub: sürücü ölüb - FOTO Yük maşını "Naz Lifan" markalı mink avtomobillə toqquşub
Hadisə
1 Mart , 2016 00:59
Cəlilabadda ağır qəza olub: sürücü ölüb - FOTO

Bakı. 1 mart. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında bir nəfər dünyasını dəyişib.

"Report"-un məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini Həsənov Rasim Balabəy oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayon Göytəpə qəsəbəsi sakini Mürsəlov Mehman Tahir oğlunun sükanı arxasında olduğu "Naz Lifan" markalı mink avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü dünyasını dəyişib.

İlkin ehtimala görə,  qəzaya minik avtomobilinin qəfildən yük avtomobilinin qarşısına çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi