Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 Yanvar , 2020 19:38
Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu "Jiquli" markalı minik avtomobili vurub. Ağır xəsarət alan Ə.Əsədov yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona bud və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi