Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub

Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Fevral , 2018 19:03
Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub
Foto: Report.az

Cəlilabad. 15 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 7 yaşlı şagirdi avtomobil vurub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 2011-ci il təvəllüdlü Zeynəb Xalid qızı Fətullayevanı məktəbdən evə qayıdarkən minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi