Cəlilabadda 60 başa yaxın xırdabuynuzlu heyvan oğurlayan şəxslər tutulub

Cəlilabadda 60 başa yaxın xırdabuynuzlu heyvan oğurlayan şəxslər tutulub Oğurluq heyvanlar qışlaqdan yaylağa aparılan zaman törədilib
Hadisə
10 İyun , 2018 12:57
Cəlilabadda 60 başa yaxın xırdabuynuzlu heyvan oğurlayan şəxslər tutulub

Cəlilabad. 10 iyun. REPORT.AZ/ Cəlilabad rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Aran bürosuna bildirilib.

İyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparıldığı müddətdə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar saxlanılan şəxslərdən müəyyən edilərək sahiblərinə təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi