Cəlilabad. 16 sentyabr. REPORT.AZ/ Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhərin M.Hüseyn küçəsində minik avtomobili 2012-ci il təvəllüdlü Cəfərov Yusif Sübhan oğlunu vurub.
Yaralı sürücü tərəfindən kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Altı yaşlı uşağın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.