Cəlilabadda 57 yaşlı kişi intihar edib - YENİLƏNİB

Cəlilabadda 57 yaşlı kişi intihar edib - YENİLƏNİB Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Hadisə
23 Mart , 2019 11:16
Cəlilabadda 57 yaşlı kişi intihar edib - YENİLƏNİB

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Alar kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Ələddin Azadxan oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Meyit müayinə olunaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:13

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi