Cəlilabadda 30 yaşlı şəxs intihar edib 

Hadisə
  • 28 iyun, 2022
  • 17:52
Cəlilabadda 30 yaşlı şəxs intihar edib 

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Nağıyev Vüqar Həsənağa oğlu sirkə turşusu içib.

O, dərhal xəstəxanaya çatdırılsa da, sonradan Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti