Yuxarı

Cəlilabadda 3 nəfərin xəsarət almasıyla nəticələnən yol qəzası baş verib - FOTO

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

Bakı. 5 mart. REPORT.AZ/ Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Lənkaran sakini Nurəddin Əliyev idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən köməkçi yoldan magistral yola çıxmaq istəyən Cəlilabad rayonunun Sabirabad kənd sakini Ədalət Abışovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü və avtomobildə olan sərnişinlər Məhbubə Qasımova, Aygün Cəfərova müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralıar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi