Cəlilabadda 3 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Cəlilabadda 3 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
138
11 May , 2021 09:56
Cəlilabadda 3 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəmil Sərdarov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan başqa, keçirilən baxış zamanı C.Sərdarovun yaşadığı evin qarşısından kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə bitkisi və evin zirzəmisindən sellofan torbada 3 kiloqram 150 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi