Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 10:41:04-də Cəlilabad stansiyasından 16 km cənubda Cəlilabad rayonunda qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 21 kilometr olan yeraltı təkan hiss olunmayıb.