Cəlilabadda qadın və kişi qətlə yetirilib

Cəlilabadda qadın və kişi qətlə yetirilib Cəlilabad rayonunda qətl hadisəsi törədilib.
Hadisə
22 İyul , 2022 09:19
Cəlilabadda qadın və kişi qətlə yetirilib

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi