Cəlilabadda ikinci qrup əlilə 7 bıçaq zərbəsi vurulub

Cəlilabadda ikinci qrup əlilə 7 bıçaq zərbəsi vurulub Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Avqust , 2016 10:12
Cəlilabadda ikinci qrup əlilə 7 bıçaq zərbəsi vurulub

Cəlilabad. 25 avqust. REPORT. AZ / Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri Qurtuluş küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 21 yaşlı Məhəmmədəli Kərimli qonşusu Səid Əliyev tərəfindən bıçaqlanıb.
S.Əliyev M.Kərimlinin yaşadığı evə gələrək onu həyətə çağırıb. Tərəflər mübahisə etdikdən sonra S.Əliyev üzərindəki bıçaqla M.Kərimliyə  7 bıçaq zərbəsi vurub.

Yaralı qonşuları tərəfindən Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən S.Əliyev artıq polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan M.Kərimli ikinci qrup əlildir.

Son xəbərlər

Orphus sistemi