Cəlilabadda 18 yaşlı qız intihara cəhd edib

Cəlilabadda 18 yaşlı qız intihara cəhd edib Gənc qız çoxlu sayda dərman qəbul edib
Hadisə
7 aprel 2018 14:46
Cəlilabadda 18 yaşlı qız intihara cəhd edib

Cəlilabad. 7 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yaşayan 2000-ci il təvəllüdlü Gülbəniz Mürşid qızı Feyzullayeva ailə münaqişəsi zəminində xeyli sayda həb qəbul edərək canına qəsd etmək istəyib.

O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən qızın vəziyyəti ağırdır.

Faktla bağlı arşdırma aparılır.

Orphus sistemi