Cəlilabadda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Cəlilabadda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
11 Yanvar , 2017 11:55
Cəlilabadda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Bakı. 11 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda 18 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub. 

"Report"un Aran bürosunun məlumatına görə, Cəlilabad şəhər sakini Murad Muradov münaqişə zəminində həmyerlisi Emin Abdullayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən E.Abdullayev orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Muradov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi