Cəlilabadda 13 yaşlı qız yanğın zamanı tüstüdən zəhərlənib

Cəlilabadda 13 yaşlı qız yanğın zamanı tüstüdən zəhərlənib Yanğının səbəbləri araşdırılır
Hadisə
15 Aprel , 2017 09:57
Cəlilabadda 13 yaşlı qız yanğın zamanı tüstüdən zəhərlənib
Report.az

Cəlilabad. 15 aprel. REPORT.AZ/ Cəlilabadda baş verən yanğında azyaşlı uşaq tüstüdən zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunaraq yanğının digər otaqlara doğru yayılmasının qarşısını alıblar. Yanğın zamanı evdə qalan 13 yaşlı Fatimə Abbasova yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq xəstəxanaya yerləşdirilib. O, yanıq xəsarətləri almasa da tüstüdən zəhərlənib. Ümumilikdə isə 99 kv. sahəsi olan evin 20 kv-lik hissəsi əşyaları ilə birlikdə yanıb.

Yanğının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi