Yuxarı

Cəlilabad - Yardımlı avtomobil yollarında sürüşmə aktivləşib - FOTO

Belə olan halda 40-a yaxın ucqar dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər

Bakı. 5 noyabr. REPORT.AZ/ Cəlilabad -Yardımlı avtomobil yolunda sürüşmə aktivləşib. "Report" xəbər verir ki, Cəlilabada bir müddət əvvəl torpaq sürüşməsi səbəbindən çökən Cəlilabad - Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində son günlər yenidən aktivlik müşahidə olunmağa başlayıb. 

Ötən həftə yağıntılar zamanı dağlardan gələn sel sularının yeraltı süxurlara dolması yol yatağının müəyyən hissəsini yuyub, bəzi ərazilərdə isə sürüşmənin təsirindən iri çatlar əmələ gəlib.

Mövcud vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur. 

Yerli sakinlərin sözlərinə görə, yaxın günlərdə yağıntıların yenidən başlaması ərazidəki dağ yamacının tamamilə sürüşməsinə səbəb ola bilər. Belə olan halda 40-a yaxın ucqar dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.

Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi