Cəlilabad sakininin evindən 5 min manata yaxın pul oğurlanıb - FOTO

Cəlilabad sakininin evindən 5 min manata yaxın pul oğurlanıb - FOTO Pullar satılmış mal-qaradan əldə olunub
Hadisə
31 Oktyabr , 2017 08:40
Cəlilabad sakininin evindən 5 min manata yaxın pul oğurlanıb - FOTO
Report

Cəlilabad. 31 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, insident rayonun Şükürlü kəndində Əbülfəz Şəbiyevə məxsus evdə qeydə alınıb.

Zərərçəkmişin sözlərinə görə, həyətindəki mal-qaranı satdıqdan sonra 5 min manata yaxın pulu evin ikinci mərtəbəsindəki yatağın altına qoyub. Lakin səhəri gün pulu götürmək istədikdə onun yerində olmadığını görüb. Məlum olub ki, pullar, eləcə də evdəki qızıl-zinət əşyaları oğurlanıb.

Ə.Şəbiyev deyir ki, pulun mal-qaranın satıldığı gün oğurlanması hadisəni törədənlərin evə bələd adamlar olmasından xəbər verir.

Artıq Faktla bağlı Cəlilabad rayon Polis şöbəsinə də məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi