Cəlilabadda 20 yaşlı qadını əqrəb sancıb, vəziyyəti ağırdır - FOTO

Cəlilabadda 20 yaşlı qadını əqrəb sancıb, vəziyyəti ağırdır - FOTO 20 yaşlı qadına zəhər əleyhinə zərdab vurulub
Hadisə
6 İyun , 2016 12:38
Cəlilabadda 20 yaşlı qadını əqrəb sancıb, vəziyyəti ağırdır - FOTO

Bak. 6 iyun. REPORT. AZ / Cəlilabada təsərrüfat işləri görən qadını əqrəb sancıb. “Report” xəbər verir ki, hadisə rayonun Boyxanlı kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı Nahidə Mənsimova örüş sahəsində təsərrüfat işləri görərkən əqrəb onun ayaq nahiyəsindən sancıb. Gənc qadın əvvəlcə buna bir o qədər əhəmiyyət verməsə də qısa müddətdə ayağının keyləşməsini hiss edib. Bundan sonra Naidə Mənsimova Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına zəhər əleyhinə zərdab vurulub.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi