Cəlilabad sakinindən 11 kq narkotik götürüldü

Cəlilabad sakinindən 11 kq narkotik götürüldü Cəlilabad şəhər sakinində narkotik aşkarlanıb.
Hadisə
11 Yanvar , 2021 13:02
Cəlilabad sakinindən 11 kq narkotik götürüldü

Cəlilabad şəhər sakinində narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini E.Xudiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kq 275 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi