Cəlilabad sakini polisə tava ilə xəsarət yetirib

Cəlilabad sakini polisə tava ilə xəsarət yetirib Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.
Hadisə
148
20 Dekabr , 2021 12:06
Cəlilabad sakini polisə tava ilə xəsarət yetirib

Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.

DİN-dən "Report"a verilən məlumata görə, dərhal Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. F.Quliyev nizam-intizama dəvət olunub, lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib. F.Quliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb.

Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi