Cəlilabad. 12 iyul. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Təhməzov Azər Sakit oğlu döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, onu tanımadığı şəxs döyüb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.