Cəlilabad sakini həyətini narkoplantasiyaya çevirib

Cəlilabad sakini həyətini narkoplantasiyaya çevirib Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə
10 İyun , 2021 11:57
Cəlilabad sakini həyətini narkoplantasiyaya çevirib

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Qaraşov saxlanılıb.

Onun Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evin həyətində xüsusi olaraq hasara aldığı ərazidə kultivasiya yolu ilə becərdiyi 436 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi