Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb

Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb Cəlilabad. 7 may. REPORT.AZ/ Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb.
Hadisə
7 May , 2018 09:36
Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb
Report

Cəlilabad. 7 may. REPORT.AZ/ Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Dələli kənd sakni Alov İbrahimov Cəlilabad Rayon Polis şöbəsinə müracitə edərək təsərrüfatındakı 26 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat zamanı məlum olub ki, hadisəni zərərçəkənin dayısı oğlu Valid Qürbətov və onun dotsu Masallı rayon sakini Ağa Əzizov törədiblər. Belə ki, Valid Qürbətov Ağa Əzizova məxsus “Vaz-21013” markalı avtomobillə Dələli kəndinə gedib, tövlədəki 26 baş qoyunu avtomobilin yük qoşqusuna yükləməklə Masallı rayonuna gətirərək heyvan bazarında satıblar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi