Cəlilabadda kütləvi dava zamanı 5 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO

Cəlilabadda kütləvi dava zamanı 5 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO Davada 20-dən çox şəxs iştirak edib
Hadisə
10 Aprel , 2017 00:04
Cəlilabadda kütləvi dava zamanı 5 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO

Cəlilabad. 10 aprel. REPORT.AZ/ Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində 20-dən çox şəxsin iştirakı ilə kütləvi dava baş verib.

"Report"un Aran bürosunun xəbərinə görə, dava zamanı 5 nəfər bıçaqlanıb.

Bunlar rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubovdur. İlkin məlumata görə xəsarət alanlar 17 nəfərdən ibarət bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ruslan Əliyevin vəziyyəti ağırdır.

***21:58/9 Aprel

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında hələlik adı məlum olmayan yerli sakin bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi