Cəlilabad sakini bacısını telefonla danışdığına görə qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB

Cəlilabad sakini bacısını telefonla danışdığına görə qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB O, qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub
Hadisə
3 Yanvar , 2019 12:04
Cəlilabad sakini bacısını telefonla danışdığına görə qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB

Cəlilabad. 3 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib. 

İlkin məlumatlara görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı A.Cəfərova bıçaqlayaraq qətlə yetirib. 

H.Sadıqov qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, A.Cəfərovanın 11 yaşlı bir övladı var.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.


*** 9:23

Cəlilabad. 3 yanvar. REPORT.AZ/ Cəlilabad rayon sakini bacısını qətlə yetirib.

"Report"un Muğan bürosu xəbər verir ki, hdisə rayonun Üçtəpə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi