Cəlilabadda meşədə baş verən yanğın söndürülüb

Cəlilabadda meşədə baş verən yanğın söndürülüb Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
1233
6 Avqust , 2020 19:05
Cəlilabadda meşədə baş verən yanğın söndürülüb

Cəlilabad rayonunda meşə massivində baş verən yanğın söndürülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, hazırda yanğının başvermə səbəbləri araşdırılır.

16:32

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın Cəlilabad meşəbəyliyin 4-cü və 5-ci dolaylarında qeydə alınıb.

Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası ilə yanaşı qonşu rayonlardan da əlavə kömək çağrılıb. Yanğının baş verdiyi ərazi mürəkkəb dağ relyefinindən ibarət olduğundan texnikalar həmin ərazilərə  hərəkətində və yanğın ocağına birbaşa müaxiləsində çətinliklər yaradıb. Bundan başqa ərazidə güclü küləyin əsməsi alovun tez bir zamanda yayılmasına da şərait yaradıb.

Hələlik alovun nədən qaynaqlandığı məlum deyil.

Hazırda yanğın davam edir.

Orphus sistemi