Yuxarı
    Bağlamaq

    ​Cəlal Əliyevin "qırx" mərasimi keçirilib

    Mərasimdə mərhumun yaxınları, hökumət nümayəndələri, millət vəkilləri və ziyalılar iştirak edib

    Bakı. 10 mart. REPORT.AZ/ Heydər Məscidində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru mərhum Cəlal Əliyevin "qırx" mərasimi keçirilib.

    "Report"un xəbərinə görə, mərasimdə mərhumun yaxınları, hökumət nümayəndələri, millət vəkilləri və ziyalılar iştirak edib.

    Qeyd edək ki, C.Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib. O, l Fəxri xiyabanda dəfn olunub.

    C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

    1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

    O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

    C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi