Cəbrayılda yanğın olub, əraziyə helikopter cəlb edilib - VİDEO

Cəbrayılda yanğın olub, əraziyə helikopter cəlb edilib - VİDEO Cəbrayıl rayonunda yanğın hadisəsi olub.
Hadisə
26 İyun , 2021 17:28
Cəbrayılda yanğın olub, əraziyə helikopter cəlb edilib - VİDEO

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayon ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi