Cəbhəboyu zonadakı hərbi hissələrdə psixoloji maarifləndirmə tədbirləri keçirilib

Cəbhəboyu zonadakı hərbi hissələrdə psixoloji maarifləndirmə tədbirləri keçirilib Bakı. 29 noyabr. REPORT.AZ/ Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji sahədə maarifləndirmə mövzusunda tədbirlər keçirilib.
Hadisə
29 Noyabr , 2017 17:54
Cəbhəboyu zonadakı hərbi hissələrdə psixoloji maarifləndirmə tədbirləri keçirilib
Mod.gov.az

Bakı. 29 noyabr. REPORT.AZ/ Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji sahədə maarifləndirmə mövzusunda tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İstimaiyyətlə Əlaqələr İdarəsinin hərbi hissələrdə keçirdiyi görüşlərdə polkovnik-leytenant Rasim Manafov, polkovnik-leytenant Vüsal Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə şəhəri “Şah Abbas” Cümə Məscidi Dini İcmasının sədri Hacı Əlisəftər Səfərəliyev, psixoloqlar Zahid Tağıyev və Oqtay Verdiyev təşkil olunan tədbirlərin mahiyyəti, məqsədləri barədə məlumat verərək psixoloji maarifləndirmə istiqamətində məruzələrlə çıxış ediblər.

Hərbi hissələrin müvafiq komandir-rəis heyəti ilə “Gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılmış hərbi qulluqçularla fərdi-psixoloji işə dair təlimat və tövsiyələr verilib.

Hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda polkovnik-leytenant Vüsal Hüseynov “Psixoloji müşahidələrin aparılması metodikası”, dövlət qulluqçusu Elçin Umudov “Stressə üstün gəlmək və vaxtında qarşısını almaq üsulları” mövzularında seminar məşğələləri keçirərək hərbi qulluqçulara metodiki materiallar təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi