​Tərtərdə hərbi sursatın partlaması nəticəsində azyaşlı xəsarət alıb

​Tərtərdə hərbi sursatın partlaması nəticəsində azyaşlı xəsarət alıb Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan azyaşlı ambulator müayinədən sonra evə buraxılıb
Hadisə
487
16 İyun , 2016 01:16
​Tərtərdə hərbi sursatın partlaması nəticəsində azyaşlı xəsarət alıb

Bakı. 16 iyun. REPORT.AZ/ Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, kənddə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynlinin həyətdə təmizlik işləri apararkən əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub.

Nəticədə azyaşlı müxtəlif dərəcəli bədən yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Hazırda azyaşlının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi