İspaniya "Brexit"lə bağlı sazişlərdən Cəbəllütariqin kənar qalmasını istəyir

İspaniya "Brexit"lə bağlı sazişlərdən Cəbəllütariqin kənar qalmasını istəyir Bakı. 29 yanvar. REPORT.AZ/ İspaniya Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı hər hansı sazişlərdən Cəbəllütariqin kənar qalmasında israr edir.
Hadisə
30 Yanvar , 2019 03:46
İspaniya Brexitlə bağlı sazişlərdən Cəbəllütariqin kənar qalmasını istəyir

Bakı. 29 yanvar. REPORT.AZ/ İspaniya Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı hər hansı sazişlərdən Cəbəllütariqin kənar qalmasında israr edir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbə bildirib.

“Böyük Britaniya ilə hər hansı müqavilə imzalandığı təqdirdə, sənədin mətnində haşiyə kimi həmin şərtlərin Cəbəllütariqə şamil olunmadığını təsbit edən izahat olmalıdır”, - mənbə qeyd edib.

Daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançes 1713-cü ildən Böyük Britaniya hakimiyyəti altında olanCəbəllütariq üzərində suverenlik hüquqlarını yenidən ortaya qoymaq niyyətində olduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi