Çay evində gənc bıçaqlandı

Çay evində gənc bıçaqlandı Bakıda çay evində baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
19 Fevral , 2020 15:31
Çay evində gənc bıçaqlandı
google.az

Bakıda çay evində baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 18-i saat 00:40 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən "Çardaq" çay evində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi