"Caspian Plaza"da yanğın söndürülüb - YENİLƏNİB
- 31 iyul, 2018
- 08:08
Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda "Caspian Plaza" biznes mərkəzində baş verən yanğın lokallaşdırılıb, lazımi tədbirlər görülüb.
Bu barədə "Report"a biznes mərkəzindən bildirilib.
Qeyd olunub ki, hadisə baş verən zaman qısa vaxt ərzində biznes mərkəzində işləyən şəxslərin təxliyyəsi həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmuşdur. Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.
*** 11:52
Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda "Caspian Plaza" biznes mərkəzində yanğın başlayıb.
"Report"un məlumatına görə, yanğın zamanı binada çalışanlar təxliyyə ediliblər.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.