Cari ilin 6 ayında Bakıda itkin düşənlərin sayı açıqlanıb

Hadisə
  • 17 iyul, 2021
  • 14:43
Cari ilin 6 ayında Bakıda itkin düşənlərin sayı açıqlanıb

2021-ci ilin birinci yarımili ərzində Bakıda itkin düşənlərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərkən bildirib.

O qeyd edib ki, 2021-ci ilin birinci yarımili ərzində itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub, onlardan 146 (130) şəxs müəyyən edilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyən edilməsi mümkün olmayıb.

44 filmi