Cari ilin 6 ayında 802 kq narkotikin və psixotrop maddənin Naxçıvandan tranzit keçirilməsinin qarşısı alınıb

Cari ilin 6 ayında 802 kq narkotikin və psixotrop maddənin Naxçıvandan tranzit keçirilməsinin qarşısı alınıb 2022-ci il ilin birinci yarısında 802 kiloqram narkotik vasitə və psixotrop maddənin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
Hadisə
27 İyul , 2022 05:26
Cari ilin 6 ayında 802 kq narkotikin və psixotrop maddənin Naxçıvandan tranzit keçirilməsinin qarşısı alınıb

2022-ci il ilin birinci yarısında 802 kiloqram narkotik vasitə və psixotrop maddənin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli bildirib.

Komitə sədri qeyd edib ki, muxtar respublika gömrük orqanları 2022-ci il ilin birinci yarısında 18 milyon manat vəsait toplayaraq büdcə öhdəliyini 109 faiz yerinə yetirib.

Toplanmış gömrük ödənişləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çox olub. Cari ilin altı ayı ərzində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib, gömrük orqanları tərəfindən 101 inzibati, 9 cinayət xarakterli fakt aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi