Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorun cəzası azaldılıb

Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorun cəzası azaldılıb Bu gün Ali Məhkəmədə Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov və bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Aprel , 2019 16:07
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorun cəzası azaldılıb

Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security" MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov və bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən birinin cəzası dəyişdirilib. Belə ki, İ.Hüseynovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib.

Son xəbərlər

Orphus sistemi