​Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb

​Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib
Hadisə
21 Dekabr , 2015 16:42
​Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov bildirib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Ötən həftə Bakı Apellyasiya Məhkəməsində iş üzrə məhkəmə prosesi təxirə salınıb.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi