Yuxarı

Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb

Bankın sabiq rəhbəri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı

Bakı. 20 dekabr. REPORT.AZ/ Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

O, hazırda C.Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında olduğunu deyib.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. O, həmin vaxtdan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı.

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi